Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts \"Neftçi\" və \"Xəzər Lənkəran\" klublarının avrokuboklar çərçivəsində səfərdə keçirəcəyi oyunları izləyəcək. Siasport.az saytı xəbər verir ki, \"Neftçi\" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Zaqreb şəhərində \"Dinamo\", \"Xəzər Lənkəran\" isə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də Təl-Əviv şəhərində \"Makkabi\" komandası ilə qarşılaşacaq.
Milli komandanın baş məşqçisinin köməkçisi Vəli Qasımov AZAL və \"Qarabağ\" komandalarının Avropa Liqası çərçivəsində Bakıda keçirəcəyi oyunları izləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB