Leonel Messi Avroda "Barselona"dan başqa heç bir klubun formasını geyməyəcəyini açıqladı!
İspaniyanın "Barselona" futbol klubunun argentinalı ulduz futbolçusu Leonel Messi, yenidən əzəli rəqibləri olan "Real"ın "bostanına daş atıb". Siasport.az saytı xəbər verir ki, hazırda yay istirahəti keçirən argentinalı futbol ulduzu, heç vaxt "Real" formasını geyməyəcəyəni deyərək, hər zaman "Barselona"ya sadiq olacağını dilə gətirib.O bir vaxtlar Luiş Fiqonun və Ronaldonun etdiyi kimi heç vaxt hərəkət etməyəcəyini bildirərək, "Barselona"nın öz doğma evi olduğunu açıqlayıb. L.Messi eyni zamanda əgər nə vaxtsa "Barselona"dan getməli olarsa, o zaman yenidən Argentinaya dönəcəyini, Avropada "Barselona"dan başqa heç bir klubun formasını geyməyəcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB