"Qəbələ"nin İngiltərədə (18-28 iyul) keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı komandaların siyahısında bəzi yeniliklər edilib. Siasport.az saytı xəbər verir ki, daha əvvəl iyulun 26-ı "Arsenal"ın əvəzedici heyəti ilə yoxlama oyununda üz-üzə gəlmək planlaşdırılsa da, londonluları digər İngiltərə təmsilçisi "Hayes&Yeading" klubu əvəzləyəcək. İyulun 23-ü isə "Qəbələ" yeni sparrinq rəqiblə - "Bishop Stortford"la münasibətlərinə aydınlıq gətirəcək. Əyalət təmsilçisinin matç qrafiki aşağıdakı kimidir:
20 iyul - "Barnet" FC
23 iyul - "Bishop Stortford"
24 iyul - "Saint Albans"
26 iyul - "Hayes&Yeading"
27 iyul - "Luton Town"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB