"Yuventus" Agueraya görə "Atletiko Madrid"ə 40 milyon avro təklif etdi!

"Yuventus" Agueraya görə "Atletiko Madrid"ə 40 milyon avro təklif etdi!
İtaliyanın "Yuventus" futbol klubu, İspaniyanın "Atletiko Madrid" futbol klubunun ulduz futbolçusu Kun Aguera üçün 40 miyon avronu ödəməyə hazırdır. Siasport.az saytı xəbər verir ki, artıq "qoca sinyora" müvafiq təkliflə İspaniya təmsilçisinin qapısını döyüb. İspaniyanın "Marça" qəzeti yazır ki, artıq hər iki klubun təmsilçiləri arasında ilkin danışıqlar da başlayıb. Qəzet yazır ki, əvvəlcə "Atletiko Madrid" ulduz futbolçunu transfer etmək istəməsə də, italyan klubunun sonradan təklif etdiyi yüksək məbləğ Madrid təmsilçisini geri çəkilməyə vadar edib. Elə futbolçunun özünün də "Yuventus"da oynamaq istəməsi bu transferlə bağlı danışıqlara başlamaq üçün yetərli olub. İtaliya mətbuatı da "Yuventus"un K.Agueranın transferinə ciddi yanaşdığını yazır. 

Bütün xəbərlər Facebook səhifəmizdə