Cüneyt Biçər "Xəzər Lənkəran"ın idman direktoru təyin edildi

Cüneyt Biçər "Xəzər Lənkəran"ın idman direktoru təyin edildi

"Xəzər Lənkəran" Futbol Klubuna yeni idman direktoru təyin edildi. Siasport.az saytı xəbər verir ki, bundan sonra komandanın aşağı yaş qruplarına rəhbərliyi türkiyəli mütəxəssis Cüneyt Biçər həyata keçirəcək.

35 yaşı olan gənc mütəxəssis "Pazarspor", "Muğlaspor" və "Bucaspor İzmir" klublarında çalışıb. Çalışdırcının son iş yeri isə Türkiyənin "Altay" Futbol Klubu olub. Geridəqalan mövsümdə Biçər orada baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Məşqçinin artıq ölkəmizdə iş təcrübəsi olduğunu da qeyd edək. Belə ki, o, "Bakı" Futbol Klubunda uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və həmçinin bir müddət baş məşqçi vəzifəsində işləyib.

"Xəzər Lənkəran"la Cüneyt Biçər arasında iki illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə