İngiltərənin "Arsenal" futbol klubunun fransız baş məşqçisi Arsen Vengerin nə qədər alicənab və bir o qədər də ciddi bir futbol mütəxəssisi olması bir daha ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, "topçular"ın baş məşqçisi, bir "Arsenal" azarkeşinin klubda transferlərin həyata keçirilməməsinə və bu məsələdə işlərin ləng görülməsinə etiraz edən məktubuna cavab yazıb. A.Venger göstərdiyi diqqətə görə azarkeşə minnətdarlıq edərək, transfer məsələsinin klubun büdcəsinə görə hesablandığını önə çəkərək vurğulayıb ki, bununla belə o "Arsenal"ın bu il İngiltərə çempionu olacağına əmindir. Fransız baş məşqçi "Arsenal" azarkeşini əmin edib ki, komandasının hazırkı potensialı buna tam imkan verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB