Sən demə İngiltərənin "Mançester Yunayted" futbol klubu gizli bir şəkildə qapıçı transferi həyata keçirirmiş. Siasport.az saytı xəbər verir ki, bu il yenidən İngiltərə çempionluğunu başı üzərinə qaldıran "qırmızı şeytanlar", qapıçı problemini yoluna qoymaq üçün "Atletiko Madrid"in 19 yaşlı ispaniyalı qolkiperi Dea Geanı gizli şəkildə Mançester Şəhər xəstəxanasında sağlıq müayinəsindən keçirmək istəyiblər. Amma bu gizli "əməliyyat" ingilis jurnalistlərin hədəfindən yayınmayıb. Belə ki, xəstəxanaya daxil olmaqa hazırlaşan 19 yaşlı qolkiper foto müxbirlərin hücumuna məruz qalıb. Artıq bu transfer məsələsinin üzə çıxmasından sonra, ingilis mətbuatı qapıçının transfer qiyməti ilə bağlı yazılar dərc etməyə başlayıb. İngilis mətbuatının yazdığına əsasən "qırmızı şeytanlar" gənc qapıçı üçün ispan klubuna 18 milyon funt sterlinq ödəyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB