Bu gün Olimpiya çempionu Elnur Məmmədlinin doğum günüdür

Bu gün Olimpiya çempionu Elnur Məmmədlinin doğum günüdür

Bu gün cüdo üzrə Olimpiya çempionumuz Elnur Məmmədlinin doğum günüdür. Siasport.az saytı xəbər verir ki, idmançımız 1988-ci ilin məhz bu günündə anadan olub.

E.Məmmədli 2006-cı ildə cüdo üzrə Avropa çempionu, 2007-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı olub. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb. 2011-ci ilin yanvarında Bakıda keçirilən lisenziya xarakterli "World Masters" seriyası turnirinin qalibi olub. 81 kq çəki dərəcəsində güləşən Məmmədli həlledici görüşdə Leandro Quylheyro (Braziliya) üzərində ipponla qələbə qazanıb. 2011-ci ilin aprel ayında İstanbulda keçirilən Avropa çempionatında 81 kq çəki dərəcəsində ikiqat Avropa çempionu tituluna yiyələnib.

2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə "polis baş leytenantı" rütbəsini və zabit poqonlarını təqdim edib.


Siasport.az saytının kollektivi idmançımızı təbrik edir, ona uğurlarının davamını arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə