“Qəbələ”dən əzmkar heç-heçə

“Qəbələ”dən əzmkar heç-heçə

Ukraynada "Obolon" turnirində çıxışını davam etdirən "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası növbəti matçını keçirib. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə "Polesye" (Jitomir) ilə qarşılaşan təmsilçimiz əzmkar heç-heçə ilə dördüncü xalı aktivinə yazıb. Matçın gedişində 1:3 hesabı ilə geriyə düşən "Qəbələ" rəqibinə təslim olmayıb və 2 dəfə fərqlənərək qarşılaşmanın yekununu müəyyənləşdirib-3:3. Təmsilçimizə bir xalı Turan Manafov, Elvin Həsənov və Fərid Nəbiyevin qolları gətirib. "Qəbələ" qrupun son oyununda turnirin iddialılarından hesab olunan "Smena" (Kiyev) ilə üzləşəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə