Xəbər verdiyimiz kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə UNİCEF Azerbaijan arasında mövcud olan əməkdaşlıq çərçivəsində iyunun 23-də və 24-də AFFA-nın Futbol akademiyasında qızlardan ibarət BTİ və \"Fidan\" klublarının üzvləri üçün \"Sağlam həyat tərzi və uşaq haqları\" mövzusunda treninqlər keçirilib. Siasport.az saytı xəbər verir ki, layihənin davamı olaraq bu gün Şağan Olimpiya İdman Kompleksində BTİ və Buzovna komandaları arasında yoldaşlıq oyunu təşkil olunub. Oyunun keçirilməsində məqsəd BTİ komandasının futbolçularının treninqlərdə qazandıqları təcrübənin qızlardan ibarət yeni yaradılan komandaların üzvləri ilə mübadiləsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB