Boksçularımız Avropa birinciliyində rəqiblərini rinqə çıxmağa peşman etdilər
Macarıstanın Kestxey şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə idmançılarımız uğurla başlayıb. Siasport.az saytı xəbər verir ki, 46 kq çəki dərəcəsində mübarizə aparan Araz Gülməmmədov ilk görüşdə İsrail nümayəndəsi Elhaib Falahı 14:0 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti mərhələdəki rəqibi rumıniyalı Georgian Tudor olacaq. Natiq Kazımov (48 kq) şotlandiyalı Reeke Makfadenə uduzaraq, mübarizədən kənarda qalıb-11:18. 50 kq-da mübarizə aparan Orxan Əliyev isə ilkin mərhələdə parlaq qələbə qazanıb. Orxan 1-ci raundda yunanıstanlı Ramin Agkitzidisi rinqə çıxmağa peşman edib. Görüş vaxtından əvvəl başa çatıb. Əliyev növbəti mərhələdə Belarus boksçusu Anton Balla üz-üzə gələcək. Nurlan Nağıyev (57 kq) ilk döyüşünü Xorvatiya idmançısı Luka Plantikə qarşı keçirib. 27:17 hesabı ilə qalib gələn Nağıyev növbəti mərhələdə israilli Tal Ahronovla döyüşəcək. 60 kq çəki dərəcəsində yarışan Telman Qafarlı Moldova nümayəndəsi Andrey Bovbolanı 6:1 hesabı ilə məğlub edib. Orxan Mayıllı ( 70 kq) da ilk görüşünü qələbə ilə başa vuranlar arasındadır. O, finlandiyalı Dmitri Keroneni 15:6 hesabı ilə üstələyib. Rahil Məmmədli (80 kq) Macarıstan boksçusu Tamaş Varadini (10:2), Məhəmmədəli Tahirov isə (80+kq) isə türkiyəli Yaman Qarıkı (17:6) məğlubiyyətə uğradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB