FİFA dünya çempionatının seçim turniri çərçivəsində dörd ölkəni ayıracaq

FİFA dünya çempionatının seçim turniri çərçivəsində dörd ölkəni ayıracaq

FİFA elan edib ki, 2014-cü ilin dünya çempionatının seçim turniri çərçivəsində Avropada siyasi motivlərə görə dörd ölkəni ayırmaq lazım gələcək. Siasport.az saytı xəbər verir ki, Rusiya Gürcüstan, Ermənistan isə Azərbaycanla eyni qrupa düşməyəcək.

Qeyd edək ki, bununla dünya futbolunun rəhbər orqanı UEFA-nın xahişini yerinə yetirib. UEFA 2012-ci ilin Avropa çempionatının seçim turnirinin püşkatması zamanı həmin ölkələri ayırıb. Digər qitələri təmsil edən konfederasiyalardan belə müraciətlər daxil olmayıb.

Xatırladaq ki, 2008-ci ilin Avropa çempionatının seçim turnirində Ermənistan və Azərbaycan eyni qrupa düşsələr də, onların arasında görüş baş tutmayıb.//AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə