Zidan istədi, "Real" 18 yaşlı futbolçunu transfer etdi!

Zidan istədi, "Real" 18 yaşlı futbolçunu transfer etdi!

İspaniyanın "Real" futbol klubu daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, kral klubu Fransanın "Lans" futbol klubunun 18 yaşlı forvardı Rafael Varanın transferini nəhayət ki, reallaşdıra bilib. Belə ki, kral klubu 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayıb. Bu transfer üçün "Real" fransız klubuna 10 milyon avroya qədər pul ödəyəcək. Bu transferin reallaşmasında isə "Real Madird"in idman direktoru Zinəddin Zidanın da böyük rolu olub. Belə ki, kral klubu məhz onun məsləhəti ilə bu transferi gerçəkləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə