İstanbulun "Beşiktaş" futbol klubunun ispaniyalı futbol ulduzu Quti Fernantez, "qara qartal"ın təlim-məşq toplantısına gec qoşulduğu üçün böyük miqdarda pul cəzasına məruz qalacaq. Siasport.az saytı xəbər verir ki, hazırda İspaniyada olan ulduz futbolçu, baş məşqçi Tayfur Havutçu ilə telefonla danışaraq toplantılara gec qoşulacağını deyərkən, onun "Beşiktaş" tərəfindən təyin olunan böyük pul cəzasından qaça bilməyəcəyi məlum olub. Ən əsas məsələ isə, Qutinin İspaniyada çox qalmaq sirrinin üstünün açılmasıdır. Sən demə ulduz futbolçunun İstanbula gec gəlməsinin əsas sirri, orada təhsil alan Zaira və Aitor adlı uşaqları ilə daha çox istirahət etmək istəməsidir. Hazırda İspaniyada olan Qutinin, gələm həftənin əvvələrində İstanbula dönəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB