Fırıldaqçılığa görə “Şəmkir” klubuna bütün oyunlarda texniki məğlubiyyət verildi

Fırıldaqçılığa görə “Şəmkir” klubuna bütün oyunlarda texniki məğlubiyyət verildi
28 may 2011-ci il tarixində Regional Futbol Federasiyasının keçirdiyi Region kubokunun "Şəmkir" – RİOEUGİM (Ağstafa) və 9 iyun 2011-ci il tarixində UGİM (Ağstafa) – "Şəmkir" matçlarında "Şəmkir" klubunun futbolçusu Sadıqov Yaşar Qafqaz oğlunun əvəzinə Qənbərov Qeyrət Mais oğlu iştirak edib. Siasport.az saytı xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Məlumata görə, Qənbərov Qeyrət Mais oğlu peşəkar futbolçudur və Azərbaycan I divizionunda çıxış edən "Şəmkir" klubunun üzvüdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, futbolçunun iştirak etdiyi bütün oyunlarda "Şəmkir" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə