İstanbulun "Fənərbaxça" futbol klubunun ispaniyalı futbolçusu Daniel Quizanın yeni mövsümdən hansı klubda forma geyinəcəyinə aydınlıq gəlməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir ki. "Fənərbaxça"da acınacaqlı və uğursuz günlər keçirən ispaniyalı futbolçu, nəhayət öz doğma vətəninə dönmək üçün hazırlıqlara başlayıb. Belə ki, İspaniyanın "Xetafe" futbol klubu öz köhnə oyunçusunu geri qaytarmaq üçün hərəkətə keçib. Artıq ərəb şirkətlərinin sponsorluğu ilə dirçəlməyə başlayan İspaniya klubu, D.Quizanın transferi üçün "Fənərbaxça"nın tələb etdiyi 7 milyon avronu gözdən keçirməyə hazırdır. Elə vətənində istirahətdə olan futbolunun özü də "Xetafe" ilə danışıqlar apardığını etiraf edib. Çox güman ki, yaxın günlərdə iki klub arasında danışıqlar başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB