Fatih Terim Arda Turanın "Qalatasaray"da qalmasını istəyir!

Fatih Terim Arda Turanın "Qalatasaray"da qalmasını istəyir!

Türkiyənin "Qalatasaray" futbol klubunun vitse prezidenti Ali Dürüst jurnalistlərə bildirib ki, İstanbul klubunun 24 yaşlı kapitanı Arda Turanın hər hansı bir futbol klubuna transfer məsələsi klubun gündəmində duran məsələ deyil. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray" rəsmisi, A.Turanın klubda qalmasında baş məşqçi Fatih Terimin də israr etdiyini dilə gətirərək, "imperator"un gənc futbolçu ilə görüşdüyünü deyib. 24 yaşlı kapitanın iyulun 1-də başlanacaq hazırlıq toplantısında iştirak edəcəyini dilə gətirən A.Dürüst, həmçinin klubun transferlərlə bağlı fəaliyyətinin davam etdiyini və heç bir narahatçılığa əsas olmadığını da açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə