U-17 Palanqaya gedəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 22-dən 28-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq 18-ci beynəlxalq turnirdə iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, yığmamızın mübarizə aparacağı B qupunda Latviya, Gürcüstan və Belarus komandaları yer alıb. A qrupunda isə Litva, Moldova, Qazaxıstan və Ukrayna yığmaları yarışacaq. Turnirin təqvimini diqqətinizə çatdırırıq:

23 avqust

11:30. Latviya - Gürcüstan

14:00. Ukrayna - Qazaxıstan

15:00. Azərbaycan - Belarus

17:00. Açılış mərasimi

18:00. Litva - Moldova

24 avqust

12:00. Belarus - Latviya

12:00. Gürcüstan - Azərbaycan

18:00. Moldova - Ukrayna

18:00. Qazaxıstan - Litva

26 avqust

12:00. Gürcüstan - Belarus

12:00. Latviya - Azərbaycan

18:00. Qazaxıstan - Moldova

18:00. Litva - Ukrayna

27 avqust

11:30. A IV - B IV

14:00. A III - B III

15:00. A II - B II

17:00. Final

18:45. Bağlanış mərasimi

P.S: Oyunların başlanma saatı yerli vaxtla göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə