İstanbulun "Qalatasaray" futbol klubu, Almaniyanın "Ayntraxt Frankfurt" futbol klubunda forma geyən türkiyəli futbolçu Okan Derici ilə 3 illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray" klubunun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda O.Dericinin qarşıdakı 1 il üçün 150 min avro məvacib və hər ay da 8 min avro mükafat şəklində pul alacağı bildirilir. Bundan sonrakı 2 il üçün də aldığı məvacib artırılacaq. Uzun müddətdir ki, Almaniya Bundesliqasında top qovan türkiyəli futbolçu texnikalı futbol oynamağı və sürətli hücum taktikası qurması ilə fərqlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB