Elvin Əliyev: “Bakı” mənim doğma komandamdır və bura qayıtdığıma görə çox şadam"-AÇIQLAMA

Elvin Əliyev: “Bakı” mənim doğma komandamdır və bura qayıtdığıma görə çox şadam"-AÇIQLAMA

Bu mövsüm yenidən "Bakı"nın heyətinə qayıdan müdafiəçi Elvin Əliyev qarşıdan gələn mövsüm və gələcək planları barədə fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Bakı" mənim doğma komandamdır və bura qayıtdığıma görə çox şadam. Burada iki il forma geyinmişəm və "Bakı" formasında böyük uğurlara imza atmışıq. Hazırda qarşımda duran əsas məqdəs məşqçinin inamını qazanıb, əsas heyətə düşməkdir. Bu məqsədə çatdıqdan sonra Azərbaycan Premyer Liqasında uğurlu çıxış edib, həm kubok, həm də çempionluğu qazanmaq istəyirəm.

İndi yeni futbolçularla güclənən və həmişə iddialı olan "Bakı"nın yeni heyəti qurulur. İnanıram ki, gələn mövsümü qızıl dublla yekunlaşdıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə