İyunun 19-dan bəri "Beşiktaş" futbol klubunun prezidenti Yıldırım Dəmirörənin şəxsi qonağı kimi Türkiyədə olan dünyanın ən bahalı futbolçusu olan "Real"ın portuqaliyalı futbol ulduzu Kriştiyano Ronaldo, dünən axşam istirahət etdiyi Bodrum kurortunu tərk edib. Siasport.az saytı xəbər verir ki, dəniz kənarındakı sahildə gün altında sevgilisi ilə bol-bol günəş enerjisi qəbul edən və gözəl istirahət edən K.Ronaldo, Y.Dəmirörənə məxsus özəl təyyarə ilə İspaniyaya yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB