Fatih Terim "Qalatasaray"ın tək "xozeynidir"?

Fatih Terim "Qalatasaray"ın tək "xozeynidir"?
Dünən "Qalatasaray"ın prezidenti Ünal Aysal  "Les Ottomans" otelində baş məşqçi Fatih Terimlə bir araya gələrək iki saata yaxın klubun hazırkı vəziyyətini müzakirə ediblər. Siasport.az saytı xəbər verir ki, bir sıra transferlərin hələ də reallaşmamasından şikayə edən F.Terim, klub prezidentindən lazmı tədbirlərin görülməsini xahi. edib. F.Terimin "Qalatasaray"ın bütün texniki və futbol məsələlərində böyük səlahiyyət sahibi olduğunu deyən Ü.Aysal, Türkiyə mətbuatındakı xəbərlərə fikir verməməsini ondan xahiş edib. "Qalatasaray" prezidenti F.Terimi əmin edib ki, çox yaxın günlər ərzində nəzərdə tutulan bütün transferlər uğyrla reallaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə