"Antalyaspor" Fatih Terimin arzusunu ürəyində qoydu!

"Antalyaspor" Fatih Terimin arzusunu ürəyində qoydu!
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimin "cim bom"un sabiq futbolçularından olan, hazırda isə "Antalyaspor"da forma geyinən Necati Ateşi transfer etmək istəyi baş tutana oxşamır. Siasport.az saytı xəbər verir ki, buna əsas səbəb, "Antalyaspor"un N.Ateşin transferi üçün "sarı qırmızılılar"dan olduqca yüksək məbləğdə transfer pulu tələb etmələridir. Türkiyənin məşhur "Fotomaç.com.tr" idman saytının xəbətinə görə, kurort şəhərinin komandası, "Qalatasaray"la transfer alış-verişinin baş tutmamasından sonra, N.Ateşi klubun hazırlıq prosesinə cəlb ediblər ki, bu da  artıq futbolçunun "Qalatasaray"a transfer olunmayacağını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə