"Yuventus" transferlər üçün 70 milyon avro xərcləyəcək

"Yuventus" transferlər üçün 70 milyon avro xərcləyəcək
İtaliyanın "Yuventus" futbol klubu, yeni mövsümdə transfer işlərinə nə qədər pul xərcləyəcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, neçə illərdir ki, üzləşdiyi böhrandan heç cürə canını qurtara bilməyən "qoca sinyora" nəhayət ki, bu yeni mövsümdə azarkeşlərinin üzünü güldürməyə çalışacaq. Belə ki, İtaliyanın ən nüfuzlu və köklü klublarından sayılan "Yuventus", keçmiş futbolçusu Antonio Konteni baş məşqçi sükanı arxasına əyləşdirəndən sonra, yay transfer xərcələrini 70 milyon avroya qaldırıb. Amma bu da son deyil.
Belə ki "qoca sinyora", eyni zamanda digər yeniliklər üçün də düz 50 milyon avro pul ayırmağı qərara alıb. Deməli, biz yeni mövsümdə Avropa miqyasında və İtaliya A Seriyasında iddialı bir "Yuventus" görə biləcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə