İngiltərənin \"Çelsi\" futbol klubunun yeni baş məşqçisi Andre Villas -Boas, ingilis jurnalistlərinə ilk açıqlamasında sərt ifadələri ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, yola saldığımız mövsümdə \"Portu\"ya Portuqaliya çempionluğunu, Portuqaliya Super Kubokunu və UEFA Avropa Liqasını qazandıran 33 yaşlı futbol mütəxəssisi, bir sıra məsələlərə aydınlıq gətirib. Belə ki, bir vaxtlar \"Portu\"da İspaniyanın \"Real Madrid\" futbol klubunun hazırkı baş məşqçisi Joze Maurinyonun köməkçisi olmuş \"Çelsi\"nin gənc çalışdırıcısı, özünün J. Maurinyo ilə müqayisə edilməsinə qarşı çıxdığını deyərək, futbolun tam başqa bir aləm olduğunu, hər kəsin də futbolda öz dəsti xəttinin olduğunu dilə gətirib. \"Çelsi\"dəki əsas işinin komandadakı futbolçularda özünə inam hissinin qaytarılması ilə bağlı olduğunu deyən A.V.Boas, bu istiqamətdə çalışacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB