Hakan Şükür jurnalistlərin "toruna düşdü"

Hakan Şükür jurnalistlərin "toruna düşdü"
Türkiyə futbolunun "kralı" adını qazanan "Qalatasaray" klubunun keçmiş kapitanı Hakan Şükür jurnalistlərin hədəfinə tuş gəlib. Siasport.az saytı xəbər verir ki, son parlament seçkilərində AKP-nin siyahısı üzrə millət vəkili seçilən H.Şükür, ailəsi ilə birlikdə İtaliyadan qayıdan zaman jurnalistlərin Türkiyənin siyasi həyatı ilə bağlı suallarını cavablandıra bilməyib. Mediyanın israrlarından bezən "kral", "Bu siyasi məsələləri böyüklərimiz, AKP-nin nazirləri cavablandırsalar yaxşı olar. Bu, böyüklərimizin biləcəyi işdir"-deyə jurnalistlərdən canını qurtarmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə