"Bakı" bu gündən etibarən növbəti mövsümün hazırlıqlarına başlayır. Siasport.az saytı xəbər verir ki, klubun təlim-məşq bazasında toplanacaq komanda bu gün bir məşq keçəcək.
Saat 18:00-ə təyin olunan məşqdə Nurlan Novruzov və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirakı gözlənilir. Nurlan və Rəhman 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olduqlarından məşq prosesinə sondadan qoşulacaqlar.
Üç gün ərzində davam edəcək toplanışda "Bakı"nın əvəzedici komandasının üzvləri Hacı Əhmədov və Tural Qürbətov da iştirak edəcəklər.
Komandanın baş məşqçisi Aleksandar Starkov və onun köməkçiləri artıq Bakıdadırlar, legioner futbolçular isə bu axşam paytaxtda dönəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB