\"Neftçi\" Vətənə qayıdıb
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində \"Dinamo\" (Zaqreb) klubu ilə oyunlara hazırlaşan \"Neftçi\" Türkiyənin İsparta şəhərindəki təlim-məşq toplanışını başa vurub. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri dünən gecə saatlarında Bakıya qayıdıb. Flaqman hazırlıq prosesini Avstriyada davam etdirəcək. \"Neftçi\" Kirkdorf şəhərindəki \"Seiwald\" otelində məskunlaşacaq. \"Ağ-qaralar\" Avstriyada bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə