21-26 iyun 2011-ci il tarixdə Serbiyanın Zrenyanin şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytı xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəkidə gənc qızlar mübarizəyə qoşulub, təmsilçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.
Finalda Finlandiyadan olan Olli Petreyə (0:1, 1:1) güzəştə gedən Patimat Baqomedova (51 kq) gümüş mükafatçı olub. Finala gedən yolda Patimat Polşa, İspaniya və Almaniyadan olan rəqiblərinə qalib gəlib.
Patimatın bacısı Marziget Baqomedova 44 kq-dək çəki kateqoriyasında bürünc medal qazanıb. Həlledici qarşılaşmada o rumıniyalı Madalina Linqurara (2:0, 3:0) qalib gəlib. Bunadək o, Fransa və Moldovadan olan rəqiblərini üstələsə də, rusiyalıya güzəştə gedib.
İyunun 24-də Avropa çempionatında 48, 55, 63 və 72 kq çəkidə gənc qızlar mübarizəyə qoşulacaq. Yunan-Roma güləşçiləri isə çempionatın son iki günündə xalça üzərinə çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB