Salman Əlizadənin ardınca daha bir boksçumuz - Teymur Məmmədov da Ankarada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. Siasport.az saytı xəbər verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Almaniya nümayəndəsi Yohann Vitti mübarizədən kənarlaşdırıb - 18:12. Milli komandamızın üzvü finalda türk Bəhram Müzəffəri məğlub edən bolqarıstanlı Tervel Pulevlə üz-üzə gələcək. 1983-cü ildə anadan olan Pulev Moskvada keçirilmiş son Avropa çempionatında yalnız finalda rusiyalı Artur Beterbiyevə uduzaraq, gümüş medal qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB