Stolüstü tennis üzrə 4-cü respublika oyunlarının final mərhələsi başa çatıb

Stolüstü tennis üzrə 4-cü respublika oyunlarının final mərhələsi başa çatıb

İsmayıllı rayonunda stolüstü tennis üzrə uşaq idman məktəblərinin 4-cü respublika oyunlarının final mərhələsi başa çatıb. Siasport.az saytı xəbər verir ki, komanda xarakteri daşımış yarışlarda respublikanın şəhər və rayonlarının (10 oğlan, 10 qız) komandaları mübarizə aparıblar. Dörd gün davam etmiş yarışda 1-ci yeri - Sumqayıt Respublika İdman Mərkəzi tutub.

Yarışı beynəlxalq dərəcəli hakim Zaur Mikayılov idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə