"Fənərbaxça" La Liqadan 33 yaşlı futbolçu transfer edir?

"Fənərbaxça" La Liqadan 33 yaşlı futbolçu transfer edir?

İstanbulun "Fənərbaxça" futbol klubu daha bir transferi reallaşdırmağa yaxındır. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtlilər" "Vilyareal"ın 33 yaşlı futbolçusu Joan Kapdevillanı transfer etmək üçün hərəkətə keçiblər. 2007-ci ildən bəri "Villyareal" formasını geyinən J.Kapdevilla, artıq ispan təmsilçisi üçün o qədər də vacib futbolçu sayılmır. Buna səbəb, onun həm yaşının 33-ə çatması, həm də klubda artıq yeni heyətin formalaşdırılması işinə başlanmasıdır. İspaniyanın "Marça" və "Superdeporte" qəzetləri yazır ki, "Villyareal" da bu transferin baş tutması üçün "Fənərbaxça"ya maliyyə şərtlərində güzəşt etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə