Azərbaycan idmançısı London Olimpiadasına lisenziya qazanıdı

Azərbaycan idmançısı London Olimpiadasına lisenziya qazanıdı
Minsk şəhərində yüngül atletika idman növü üzrə beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü Dmitri Marşin atletikanın çəkic atma proqramında 74,04 m nəticə göstərərək 3-cü yerə sahib olub. Nəticə olimpiya normativinə uyğun olduğuna görə Dmitri Maşin London Olimpiadasına ölkəmiz üçün ilk lisenziyanı qazanıb.

Qeyd edək ki, Dmitri Marşin "Ümid" klubunun nümayəndəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə