İdmançılarımız “Znamenski qardaşları memorialı” yarışlarında iştirak edəcəklər

İdmançılarımız “Znamenski qardaşları memorialı” yarışlarında iştirak edəcəklər

Azərbaycan idmançıları yüngül atletika üzrə 51-ci beynəlxalq "Znamenski qardaşları memorialı" yarışlarında iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, yarışlar iyulun 5-də Moskva vilayətinin Jukovski şəhərindəki "Meteor" stadionunda keçiriləcək. Aviatorlar şəhəri artıq dördüncü dəfədir ki, bu populyar yarışlara ev sahibliyi edir. Avropa Yüngül Atletika Assosiasiyası Şurasının qərarı ilə bu yarışlara ən yüksək - Premium kateqoriyası verilib.

Beynəlxalq yüngül atletika turnirində Azərbaycanı Ruslan Abbasov və Teymur Abbasov təmsil edəcəklər. Ruslan 100 metr məsafəyə qaçışda, Teymur isə 3 təkanla tullanma yarışlarında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə