"Neftçi" azarkeşləri Sadıq Sadıqova müraciət hazırlayıblar

"Neftçi" azarkeşləri Sadıq Sadıqova müraciət hazırlayıblar

"Neftçi" azarkeşləri klubun prezidenti Sadıq Sadıqova müraciət hazırlayıb. Siasport.az saytı xəbər verir ki, "Facebook sosial şəbəkəsi" vasitəsi ilə klub prezidentinə müraciət ünvanlayan fanatlar "Dinamo" ilə oyunda iştirak etmək üçün Zaqrebə getmək istədiklərini bildiriblər.
Azarkeşlər səfər üçün iki variant da hazırlayıblar. Zaqreb səfərini araşdıan azarkeşlər bir çox turizm şirkəti ilə danışıq aparıb və ən ucuz variantları tapıblar. Birinci variantla Bakıdan İstanbula, ordan isə Sofiyaya getməklə Zaqrebə çatmaq olar. Bu zaman bir azarkeş üçün 260 manat xərcləmək lazım gələcək.
İkinci variantla hərəkət etdikdə isə Bakıdan İstanbula avtobusla, ordan Zaqrebə təyyarə ilə uçmaq olar. Bu zaman hər adama 380 manat yol pulu lazımdır.
Müraciət bu gün Sadıq Sadıqova çatdırılacaq.

1. Bakı-İstanbul (Avtobus) 100 AZN, İstanbul-Sofiya (Avtobus) 60 AZN, Sofiya - Zaqreb (100 AZN) = 260 AZN
2. Bakı-İstanbul (Avtobus) 100 AZN, İstanbul-Zaqreb (Təyyarə) 280 AZN = 380 AZN


Bütün xəbərlər Facebook səhifəmizdə