Droqba türkiyəli futbolçudan İstanbulu soruşdu...

Droqba türkiyəli futbolçudan İstanbulu soruşdu...

Deyəsən, biz bu yaxınlarda "Çelsi"nin Fildişi sahillərindən olan ulduz futbolçusu Didye Droqbanın İstanbul macəralarının şahidi olacayıq. Siasport.az saytı xəbər verir ki, gözlənilmədən "zadəganlar"da yeni baş məşqçinin Quss Hiddinq deyil, "Portu"nu ugurlara daşıyan 33 yaşlı Villas Boas olması, üstəlik onun da yaşı 25-dən yuxarı olan heç bir futbolçunu "Çelsi"nin heyətində görmək istəməməsi, artıq D.Droqbanı İstanbul haqqında məlumat toplamağa vadar edib. Belə ki, neçə müddətdir ki, İstanbulun "Qalatasaray" futbol klubunun transfer siyahısında olan D.Droqba, "cim bom"un təklifini qəbul etdiyini meneceri vasitəsi ilə İstanbul klubunun rəhbərliyinə çatdırıb. Bu məlumatın arxasınca isə dünən axşam onun bir müddət əvvəl "Çelsi"nin heyətində yer almış, hazırda isə "Hamburq"da forma geyinən türkiyəli futbolçu Göghan Törəyə zəng edərək, İstanbul haqqında məlumat verməsini ondan xahiş etdiyi xəbər verilir. G.Törə isə, "Əgər "Qalatasaray"a transfer məsələn İstanbul barədə narahatçılığınla bağlıdırsa, orası Londondan da gözəldir."-deyə D.Droqbanı məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə