\"Dədə\" ləqəbli Luis Araqones Çin klubundan 4 milyon avroluk təkif aldı

\"Dədə\" ləqəbli Luis Araqones Çin klubundan 4 milyon avroluk təkif aldı

2008-2009-cu futbol mövsümündə böyük ümidlərlə İstanbulun \"Fənərbaxça\" futbol klubunun sükanı arxasına gətirilən, amma ona olan hədsiz inama baxmayaraq Türkiyədə heç nə ilə yadda qalmayan məşhur ispaniyalı futbol mütəxəssisi Luis Araqones, indi də yolunu Çinə salır. Siasport.az saytı xəbər verir ki, artıq yaşı 80-ə yaxınlaşmaqda olan \"dədə\" ləqəbli qocaman futbol məşqçisi, artıq işsizliyə son qoymaq ərəfəsindədir. Buna səbəb isə, onun Çin futbol çempionatında əsas komandalardan sayılan \"Guangzhou\" futbol klubundan ilinə 4 milyon avro almaq şərti ilə bir illik müqavilə təklifi almasıdır. Artıq İspaniya mətbuatı, L.Araqonesin də bu təklifə çox müsbət yanaşdığını yazmağa başlayıb. \"Marça\" qeyd edir ki, L.Araqonesin meneceri çinlilərlə bütün məsələləri həll etmək üçün bu ölkəyə yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə