Diyeqo Forlanı transfer etməkdə israrlı olan İstanbulun "Qalatasaray" futbol klubu, onu yola gətirmək üçün yeni bir yola əl atıb. Siasport.az saytı xəbər verir ki, bu dəfə D.Forlanı "başa salmağa" "cim bom"un baş məşqçisi Fatih Terim gedəcək. Türkiyənin "Miliyyet" qəzeti yazır ki, dünən "Qalatasaray"ın təlim-məşq bazasında klubun prezidenti Ünal Aysal və vitse prezident Ali Dürüstlə görüşən "imperator", hazırda futbol üzrə Uruqvay milli komandasının heyətində təlim-məşq toplanışında olan D.Forlanla özünün gedib görüşəcəyini, onu transferə razı sala biləcəyini söyləyib. Bu məsuliyyəti üzərinə götürən F.Terimə klub rəhbərliyi də dəstək çıxıb. Artıq baş məşqçinin D.Forlanın meneceri ilə telefon vasitəsi ilə danışaraq bir sıra məsələləri müzakirə etdiyi və görüş vaxtını dəqiqləşdirdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB