"Qarabağ" klubunun Avroliqanın 1-ci mərhələsində "Banqa" ilə qarşılaşacağı məlumdur. Siasport.az saytı xəbər verir ki, Litva təmsilçisiylə oyun haqqında məlumatlar artıq dəqiqləşib. "Qarabağ" iyunun 30-da ilk oyuna çıxacaq. Öncə onu bildirək ki, "Banqa"nın Ağdam təmsilçisini "ev" oyunlarını keçirdiyi Qarjdai şəhər stadionunda qəbul edəcəyi sual altında idi. Süni ot örtüyünə malik stadionla bağlı sonda UEFA məmurları müsbət rəy veriblər. Eyni zamanda oyununun başlama saatı da müəyyənləşib. "Banqa" - "Qarabağ" oyununun yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacağı məlum olub. Görüşü Torvaldur Arnasonun başçılıq etdiyi islandiyalı hakimlər briqadası idarə edəcək.
İyulun 7-də Bakıda keçiriləcək oyunun "ədalət" təmsilçiləri də artıq məlumdur. Saat 9-da Tofiq Bəhramov adına respublika stadionunda start götürəcək qarşılaşmanı Ukraynadan olan 34 yaşlı hakim Yuri Mojarovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB