Salman Əlizadə: \"Bir neçə il bundan öncə Edvardsı məğlub etmişəm\"-AÇIQLAMA

Salman Əlizadə: \"Bir neçə il bundan öncə Edvardsı məğlub etmişəm\"-AÇIQLAMA

Boks üzrə Avropa çempionatında yarımfinala vəsiqə qazanan Salman Əlizadə növbəti görüşü barədə fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, o, ingilis Çarlz Edvardsla əvvəllər bir dəfə görüşdüyünü deyib: "Bir neçə il bundan öncə hələ yeniyetmələrin yarışında mübarizə apararkən, Edvardsı məğlub etmişdim. Düzdür, həmin döyüşün üstündən bir neçə il keçib. Amma əminəm ki, yenə də bu rəqib üzərində qələbə qazana bilərəm".

Gənclər arasında dünya çempionu ¼ finalda potensialını tam ortaya qoya bilmədiyini deyib: "Fransalı Jeremi Bekku ilə döyüşüm istədiyim kimi alınmadı. Məşqçimlə birgə rəqibi ciddi təhlil etmişdik. Amma 3-cü raundda yoruldum. Bu səbəbdən də tapşırıqları tam yerinə yetirə bilmədim. Buna baxmayaraq, yarımfinala vəsiqə qazandığım üçün çox şadam".

Bütün xəbərlər Facebook səhifəmizdə