Komandamız Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə əldə edib
İstanbulda təşkil olunmuş tələbələr arasında IX Avropa çempionatında Azərbaycan komandası növbəti oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Kipr komandası ilə qarşılaşan təmsilçimiz Mikayıl Rəhimov və Əli Bağırovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
Beləliklə, tələbələrdən ibarət komandamız Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə təmsilçimizin rəqibi rusiyalı tələbələr olacaq. Azərbaycan - Rusiya oyunu iyunun 24-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB