“Xəzər Lənkəran” Avropa Liqasında ilk oyununu öz meydanında yox, səfərdə keçirəcək

“Xəzər Lənkəran” Avropa Liqasında ilk oyununu öz meydanında yox, səfərdə keçirəcək

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Xəzər Lənkəran" ilk oyununu səfərdə keçiriləcək. Siasport.az saytı xəbər verir ki, öncə ilk oyunun Azərbaycanda keçiriləcəyi bildirilsə də, sonradan "Makkabi" (Tel Aviv) klubunun müraciətinə və "Xəzər Lənkəran"ın razılığına əsasən UEFA ilk qarşılaşmanın iyul ayının 14-də İsraildə keçirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, cavab qarşılaşması 21 iyul tarixində Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə