Üç boksçumuz Avropa çempionatının medalını təmin edib

Üç boksçumuz Avropa çempionatının medalını təmin edib

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında milli komandamızın 3 üzvü yarımfinala vəsiqə qazanıb. Siasport.az saytı xəbər verir ki, boksçularımızdan ilk olaraq Salman Əlizadə yarımfinala vəsiqəni təmin edib. Daha sonra isə 64 kq-da mübarizə aparan Heybətulla Hacəliyev də İsveç idmançısı Entoni Yigiti üstələyib-18:14. Həmyerlimiz finala gedən yolda irlandiyalı Raymond Moylette ilə üz-üzə gələcək. 91 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov da yarımfinala yüksəlib. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Abdulhəmid Nurməhəmmədovu 23:21 hesabı ilə məğlub edib. Yığmamızın üzvü rəqibindən çəkidə təxminən 7-8 kq yüngül olub. Belə ki, Teymurun yarış günü səhər çəkisi cəmi 83 kq olub. Məmmədov yarımfinalda Johann Vitlə üz-üzə gələcək. 1/4 finalda yalnız Rahib Bəylərov Türkiyə boksçusu Adəm Kılıccıya məğlub olub. Beləliklə, 3 boksçumuz ən azı bürünc medalı özlərinə təmin ediblər.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ankarada olan Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov da 1/4 final mərhələsinin görüşlərini izləyib.


Bütün xəbərlər Facebook səhifəmizdə