İstanbulun "Qalatasaray" futbol klubu, İtaliyanın "İnter" futbol klubunun qana əsilli futbolçusu Muntarinin transferini böyük ölçüdə həll edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terimin Kambiyassonun alternativi olaraq israrla transfer olunmasını tələb etdiyi qanalı futbolçu ilə artıq bütün detallar razılaşdırılıb. Belə ki, bir neçə il bundan əvvəl "İnter"in 15 milyon avroya transfer etdiyi futbolçu üçün "Qalatasaray" italyan klbuna sadəcə 7,5 milyon avro ödəyəcək. Futbolçunun özü isə "Qalatasaray"da ildə 2,5 milyon avro məvacibə razılıq verib. Hazırda istirahət keçirən futbolçunun yaxın vaxtlarda İstanbula gələcəyi söylənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB