\"AS\" qəzeti: \"Barselona\" \"Fənərbaxça\"nın braziliyalı futbolçusunu transfer etməkdə israrlıdır

\"AS\" qəzeti: \"Barselona\" \"Fənərbaxça\"nın braziliyalı futbolçusunu transfer etməkdə israrlıdır
İstanbulun \"Fənərbaxça\" futbol klubunun braziliyalı futbolçusu Andre Santos, İspniyanın \"Barselona\" klubunun transfer siyahısında əsas yer tutur. Siasport.az saytı xəbər verir ki, \"Fənərbaxça\"nın yenidən Türkiyə çempionu olmasında böyük pay sahiblərindən biri olan A.Santos, hələ mövsümün ortalarında \"Barselon\"nın diqqətində idi. Həttə katalon klubunun menecerləri İstanbula gələrək \"Şükrü Saracoğlu\" stadionunda A.Santosun \"Fənərbaxça\"nın heyətində keçirdiyi bir neçə qarşılaşmanı da canlı izləmişdilər. İndi isə artıq şəxsən \"Barselona\" prezidenti Sandro Rossel \"Fənərbaxça\"nın braziliyalı futbolçusunun transferində israrlıdır. İspaniyanın \"AS\" nəşri yazır ki, klub prezidenti kataloniyalıların menecerlərinə yaxın bir həftə ərzində İstanbula gedərək \"Fənərbaxça\" ilə danışıqlar masasına əyləşməyi tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə