Umut Bulut “Tuluza”da

U.Bulutun Fransa xəyalı gerçək oldu. Siasport.az saytı xəbər verir ki, "Trabzonspor" klubu 3,5 mln avro müqabilində oyunçunu "Tuluza"ya satmağa razı olub. Ötən ildən bəri adı "Tuluza" ilə bir yerdə çəkilən hücumçu axır ki, bu kluba transfer oldu. Beləliklə, "Trazbzonspor" U.Bulutun keçidindən 3,5 mln avro qazanc əldə etdi. Əgər "Tuluza" Fransa çempionatında ilk beşliyə girsə, fransızlar "Trabzonspora" daha 500 min avro ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə