"Qalatasaray" son günlərdə transfer etmək istədiyi "Atletiko Madrid" klubunun 3 oyunçusundan deyəsən Uyfaluşi ilə kifayətlənməli olacaq. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, səbəb Madrid təmsilçisinin digər iki oyunçusunu satmaq istəməməsidir. Klubun rəsmi internet səhifəsində yayımlanan xəbərdə klub prezidenti Enrike Kerezo bunları deyib: "Qalatasaray" klubu Dieqo Forlan, Xose Antonio Reyes və Tomas Uyfaluşiyə görə bizə təklif göndərmişdi. Yalnız Uyfaluşiyə görə klubun istədiyi məbləğ veriləcəyi halda onu göndərəcəyimizi demişdik. Forlan isə öz qərarını özü verəcək. Reyes hələ gələn il də bizimlədi\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB