Arif Əsədov: "Oyundan razı qaldım"-AÇIQLAMA

Arif Əsədov: "Oyundan razı qaldım"-AÇIQLAMA
Azərbaycan çempionu "Neftçi" PFK Türkiyədə keçirilən təlim-məşq toplanışında "Metallurq"u (Zaporejets, Ukrayna) 3:0 hesabı ilə məğlub etdikdən sonra flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nızırinizı çatdırır: "Oyun çox maraqlı keçdi. Bu görüşdə heyətdəki bütün 22 futbolçuya şans verdim. Cavan futbolçularımızdan Elvin Yunusov və Kərim Diniyev ukraynalılara qarşı forma geyindi. Birinci hissədə qapını Saşa Stamenkoviç, ikinci hissədə isə Rauf Mehdiyev qorudu. Hər iki qapıçının çıxışı məni razı saldı. Ümumiyyətlə, oyundan razı qaldım".

Bütün xəbərlər Facebook səhifəmizdə