"Neftçi" "Metallurq"u məğlub etdi

"Neftçi" "Metallurq"u məğlub etdi

Çempionlar Liqasına hazırlıq məqsədilə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" PFK yoldaşlıq oyununda qüvvəsini sınayıb. Siasport.az saytı xəbər verir ki, flaqman Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin tam üstünlüyü şəraitində keçib. Bunun nəticəsidir ki, komanda rəqib qapısına 3 cavabsız top vurub.

Hesabı 5-ci dəqiqədə Rəşad Abdullayev açıb. Onun yerinə yetirdiyi gözəl cərimə zərbəsi qarşısında "Metallurq"un qapıçısı aciz qalıb. 21-ci dəqiqədə Flavinyo hesab arasındakı fərqi artırıb. İkinci hissədə də fəal oyun nümayiş etdirən "Neftçi" Ukrayna təmsilçisini daha bir dəfə cəzalandırıb. Oyunda son nöqtəni müdafiəçi Denis Silva qoyub. Türkiyəli hakimlərin idarə etdiyi matçda hesab daha böyük ola bilərdi. Lakin yerli hakimlər bir neçə epizodda "Metallurq"un qapısına 11 metrlik cərimə zərbəsi təyin etməyiblər. "Neftçi"nin digər təhlükəli hücumları zamanı isə ukraynalıların qapıçısı Bahodir Nasimov və Flavinyonun zərbələrini dəf edib.

Qeyd edək ki, "Neftçi" Türkiyədəki təlim-məşq toplanışını iyunun 22-də başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə