\"Neftçi\"də oynamaq variantı yarananda, həyat yoldaşım Slavitsa dedi ki, \"sən futbolçusan, özün qərar ver, mən səninləyəm\". Yəni karyeramla bağlı qərarı özüm verirəm. Harada oynamağımdan aslı olmayaraq, Slavitsa hər zaman mənimlədi. Bizim həm Makedoniyada, həm də Berlində evimiz var\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\"nin futbolçusu İqor Mitreski deyib.
Makedoniyalı futbolçu həyat yoldaşının Bakını bəyəndiyini bildirib: \"Bakı həyat yoldaşımın da xoşuna gəlir. Slavitsa xüsusilə dənizkənarı parkı bəyənir. Orda uşağın oynaması üçün yer də var\".
Mitreski həyat yoldaşı ilə tanış olmasından da danışıb: \"Slavitsa ilə 10 il əvvəl tanış olmuşam. Həmin vaxt Makedoniyanın \"Sileks\" klubunda forma geyinirdim. Tanışlığımızdan bir neçə ay sonra \"Spartak\"a transfer olundum və o da mənimlə Moskvaya köçdü. Praktiki olaraq bütün karyeram boyu o mənimlə yaşayıb. Slavitsa məni dəstəkləyir, oyunlarımı izləyir, mənə görə həyacanlanır\".
Qeyd edək ki, İqor Mitreski və Slavitsanın Luka və Leo adlı iki oğlu var. //fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB